Rəsmi Tehran: Saniyələr ərzində cavab verəcəyik - VİDEO
Bizi izləyin

Yaxın Şərq

Rəsmi Tehran: Saniyələr ərzində cavab verəcəyik - VİDEO

İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani bildirib ki, İsrailin yeni hücumu halında Tehran saniyələr ərzində cavab verəcək.

Publika.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

O bildirib ki, İsrail əvvəlki zərbə ilə müqayisədə xeyli güclü zərbə alacaq: “Əgər İsrail növbəti səhvə yol verərsə, cavab güclü və dərhal olacaq. Günlərlə və ya saatlarla deyil, saniyələrlə ölçüləcək”.

Bundan əvvəl ABŞ özəl olaraq İsrailə bildirmişdi ki, əgər İrana qarşı cavab tədbirləri görsə, bunu tək başına edəcək.

ABŞ rəsmiləri gözləyirlər ki, İsrail çox güman ki, İran ordusuna və kənarda Tehranın dəstəklədiyi qüvvələrə zərbələr endirəcək.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm