Yaxın Şərq
İsrailin İrana 4 HÜCUM PLANI - Təl-Əviv riskli versiyanı seçə bilər?

İsrail İranın öz ərazisinə hücumuna pilotsuz təyyarələr və raketlərlə cavab verəcəyini vəd edib.
Publika.az xəbər verir ki, "Bloomberg" İsrailin cavab hücumu üçün mümkün variantları təsvir edib.
Nəşr qeyd edib ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) dörd strategiyası olduğu iddia edilir.
Birinci risli cavab: İsrail hərbçiləri İranın nüvə obyektlərinə zərbələr endirə bilər.
“Bu, ən riskli və ən aqressiv variantlardan biri olardı və İranı yenidən İsrailə qarşı sərt addımlar atmağa məcbur edə bilər ki, bu da ABŞ Avropa və ərəb dövlətlərinin qaçmağa çox can atdığı regional müharibəyə səbəb ola bilər”.
İkinci: İDF həmçinin düşmənin hərbi infrastrukturuna kiberhücum edə bilər.
Mossad kəşfiyyat xidmətinin tədqiqat bölməsinin keçmiş rəhbəri Sima Şinin sözlərinə görə, belə bir cavab çəkindiricilikdən xəbər verir, çünki bu, İranı vuracaq, lakin itkiləri minimuma endirəcək.
Üçüncü mümkün cavab:
Yaxın Şərqdəki “İranın müvəkkillərinə” zərbədir. İsrail ordusu Livanın Hizbullah hərəkatına, Yəməndəki Husilərə və ya İraq və Suriyada Tehran tərəfindən maliyyələşdirilən qruplara hücum edə bilər.
Dördüncü:
Hərbi cavabdan əlavə, İsrail Qəzza zolağındakı müharibəyə və Fələstinin radikal HƏMAS hərəkatının məhvinə, o cümlədən Rəfah şəhərindəki əməliyyata diqqət yetirmək qərarına gələ bilər.
Bundan əvvəl İran prezidenti İbrahim Rəisi Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb. O, ona İsrailə zərbənin məcburi xarakterindən danışıb.
Hüseyn İbadlı

-
Avropa13:08
Tarixdə ilk: Britaniya kəşfiyyatına gürcü qadın rəhbərlik edəcək
-
Sosial11:58
Ekspert üsyan etdi: Bu sistem gənclərə hansı dəyərləri ötürüb?
-
Region10:50
Pezeşkian Azərbaycana müraciət etdi: İsraili dayandırın
-
Yaxın Şərq10:36
İsrailin hücumuna görə bu ölkə günahkardır - Pezeşkian adını açıqladı
-
Region09:12
İsrail SEPAH-ın Qüds Qanadının komanda məntəqələrini vurdu - VİDEO
-
Magazin108:36
Bakıdakı konsertdən FOTOLAR
-
Magazin106:16
Nüşabə nəvəsini dollar yağışına tutdu - VİDEO
-
Region03:43
İranın nüvə obyektində zəlzələ baş verdi