İsrail ölkə ərazisinə düşən raketlərin SAYINI AÇIQLADI
Bizi izləyin

Yaxın Şərq

İsrail ölkə ərazisinə düşən raketlərin SAYINI AÇIQLADI

İranın hücumu zamanı İranın 4 ballistik raketi İsrail ərazisinə düşüb.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant bildirib .

O qeyd edib ki, İran raket hücumunda uğursuzluğa düçar olub və İsrailin qarşısını ala bilməyib.

"İranlılar 500-dən çox silahla bizə aqressiv hücum etdilər, lakin bir dənə də olsun PUA və ya qanadlı raket İsrailə çatmadı və atılan 100 ballistik raketdən dördü İsrailə düşdü", - nazir bildirib.

Qalant bunun beynəlxalq təşkilatlarla və tərəfdaşlarla aparılan hazırlıqların nəticəsi olduğunu qeyd edib.

Xatırladaq ki, aprelin 13 axşam saatlarında İran İsrailə hücum edib. Beş saatlıq bombardman zamanı İslam Respublikası İsrailə doğru 185 pilotsuz uçan aparat, 30 qanadlı raket və 120 ballistik raket atıb.

Bundan sonra Ağ Ev İsrailə hücum fonunda İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırıb .

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm