İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər
Bizi izləyin

Yaxın Şərq

İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İsrailə səfəri zamanı bildirib ki, yəhudi dövləti həftə sonu İrana qarşı hava hücumuna görə cavab tədbirləri görməyə qərar verib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Qüdsə səfərinin əvvəlində deyib ki, İsrail “açıq-aşkar hərəkətə keçməyə qərar verir”.

“Ümid edirik ki, onlar bunu vəziyyətin gərginləşməsinə mümkün qədər az töhfə verəcək şəkildə edəcəklər”, - Kemeron əlavə edib.

Vaşinqton və digər Qərb hökumətləri ümid edirlər ki, İrana qarşı yeni iqtisadi sanksiyalar İsraili İslam Respublikasına cavab tədbirlərinin miqyasını məhdudlaşdırmağa inandırmağa kömək edəcək.

Onun sözlərinə görə, Böyük Britaniya G7 ölkələrinin xarici işlər nazirlərinin bu həftə İtaliyada görüşündə İrana qarşı razılaşdırılmış sanksiyaları görmək istəyir: “Onlar G7-dən aydın, birmənalı siqnal almalıdırlar”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm