ABŞ xəbərdarlıq etdi: Yaxın Şərqdə xaos olacaq
Bizi izləyin

Yaxın Şərq

ABŞ xəbərdarlıq etdi: Yaxın Şərqdə xaos olacaq

İsrail Müdafiə Qüvvələrinin (IDF) Rəfaha hücumu Yaxın Şərqdə anarxiya yaradacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken bildirib.

“İsrailin müdaxiləsindən sonra da HƏMAS-ın minlərlə silahlı üzvü Rəfahda qalacaq. Belə bir hərəkət problemi aradan qaldırmadan xaosa və anarxiyaya səbəb olacaq”, - diplomat qeyd edib.

Blinken həmçinin vurğulayıb ki, bütün Fələstin döyüşçülərini fiziki olaraq məhv etmək cəhdləri HƏMAS-ın Qəzzada fəaliyyətinin dayandırılmasına zəmanət verməyəcək.

O əlavə edib ki, Təl-Əvivin hərəkətləri mülki şəxslərə böyük zərər vurmaq riski daşıyır. Dövlət katibi həmçinin etiraf edib ki, münaqişə artıq Fələstin hərəkatının üzvlərindən daha çox mülki vətəndaşın ölümünə səbəb olub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm