Yaxın Şərq
İsrail HƏMAS-la danışıqların növbəti raunduna razılıq verdi
![](https://publika.az/storage/2024/02/02/israil_hemas.png?v1719390941)
İsrail hakimiyyəti şənbə günü vasitəçilər - ABŞ və Qətərlə Fələstinin HƏMAS qruplaşması ilə danışıqların bərpa edilməsinə razı olub.
Publika.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Danışıqlar prosesinin gələn həftə başlayacağı gözlənilir.
Bu həftənin əvvəlində İsrail Nazirlər Kabineti Qəzza zolağında münaqişənin danışıqlar yolu ilə həlli üçün növbəti cəhddə iştirakın tərəfdarı olduğunu bildirib.
İsrail ilə HƏMAS arasında kompromis tapmaq üçün əvvəlki cəhdlər nəticə verməyib. Danışıqların məqsədi barışıq, girov və məhbus mübadiləsi barədə razılığa gəlməkdir.
Danışıqların əvvəlki raundlarında əsas problem HƏMAS-ın qeyri-məhdud atəşkəs və İsrail qüvvələrinin Qəzzadan çıxarılmasının tələbi ilə çıxış etməsindən ibarət idi. İsrailin danışıqlardakı təmsilçiləri yalnız müvəqqəti atəşkəsə razılaşıb.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman12:35
Mbappe Levandovskinin anasını təhqir etdi - FOTOFAKT
-
Sosial12:20
Bakıda bu mənzillər kəskin bahalaşdı - VİDEO
-
Sosial11:15
İlham Əliyevə hərbi nəqliyyat təyyarəsi təqdim edildi
-
ABŞ10:50
Baydenin oğlu vəkillik edə bilməyəcək: Lisenziyası əlindən alındı
-
Sosial09:55
Azərbaycanda Aİ-95 markalı benzin ucuzlaşacaq?
-
Avropa08:12
Şahzadə Diananın valideynlərinin evi bu qiymətə satılır - FOTO
-
Səhiyyə07:47
Diş çıxaran dərman bu tarixdə satışa çıxarılacaq
-
Ekologiya07:17
Havanın temperaturu enəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ