İsrail ordusu Rəfahda HƏMAS terrorçularını MƏHV ETDİ
Bizi izləyin

Yaxın Şərq

İsrail ordusu Rəfahda HƏMAS terrorçularını MƏHV ETDİ

İsrail ordusuna məxsus təyyarə Qəzza zolağının cənubundakı Rəfahda HƏMAS-ın obyektinə zərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə TASS ordunun mətbuat xidmətinə istinadla məlumat yayıb.

"Bir müddət əvvəl İDF-nin təyyarəsi HƏMAS-ın Rəfahdakı yüksək səviyyəli terrorçularının fəaliyyət göstərdiyi obyektə zərbə endirib", - məlumatda deyilir.

Mətbuat xidməti əlavə edib ki, zərbə yanğına səbəb olub və ərazidə bir neçə mülki şəxs xəsarət alıb. Qeyd olunur ki, hadisənin baş vermə şəraiti araşdırılır.

Hərbçilər zərbənin koordinatları dəqiq kəşfiyyat məlumatları əsasında əldə edilən qanuni hədəflərə və beynəlxalq hüquq normalarına uyğun olaraq dəqiq idarə olunan hərbi sursatlarla həyata keçirildiyini vurğulayıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Rəfah bölgəsindən atılan səkkiz raketi qeydə alıb, bəziləri hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm