Aksiyalarda iştirak edən jurnalistə 10 il həbs cəzası verildi
Bizi izləyin

Yaxın Şərq

Aksiyalarda iştirak edən jurnalistə 10 il həbs cəzası verildi

İranda məhkəmə jurnalist və qadın hüquqları müdafiəçisi Gina Modares Qorjiyə hökm oxuyub.

Publika.az xəbər verir ki, bu barədə İranın "Hengaw" hüquq müdafiə təşkilatı məlumat yayıb.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, jurnalist fəala “hakimiyyəti devirmək məqsədi ilə gizli qrup yaratmağa” görə 10 il, “düşmən qruplar və hökumətlərlə əməkdaşlıq”a görə daha 10 il, “hakimiyyət əleyhinə təbliğat”a görə isə 1 il müddətinə cəza tələb olunub. Cəzanın əlavə olunduğunu nəzərə alaraq, ümumi cəza müddəti qısaldılaraq İranlı fəal 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirilib ki, jurnalist həmçinin “yalan məlumat yaymaq və insanları zorakılığa təhrik etmək” maddəsi ilə də istintaqa cəlb olunacaq.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm