Yəmən sahillərində Britaniya gəmisinə HÜCUM EDİLDİ
Bizi izləyin

Yaxın Şərq

Yəmən sahillərində Britaniya gəmisinə HÜCUM EDİLDİ

Yəmən sahillərində Britaniya gəmisinin hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Ofisi (UKMTO) məlumat yayıb.

“UKMTO, Yəmənin Hudeyda şəhərindən 48 dəniz mili (təxminən 89 kilometr) cənub-qərbdə bir insident barədə məlumat alıb. Kapitan gəmidən xeyli aralıda partlayışın şahidi olub”, - məlumatda deyilir.

Qeyd olunur ki, ekipaj üzvlərindən heç biri xəsarət almayıb, gəminin özü isə təyinat yerinə getməyə davam edir. Departament həmçinin gəmilərə Yəmən sahillərindən keçərkən diqqətli olmağı tövsiyə edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm