İsrail Məhəmməd Deyfini belə öldürüb - VİDEO
Bizi izləyin

Yaxın Şərq

İsrail Məhəmməd Deyfini belə öldürüb - VİDEO

İsrail Müdafiə Qüvvələri (IDF) İsrail kəşfiyyat xidməti İSA ilə birlikdə HƏMAS lideri Məhəmməd Deyfin öldürülməsi ilə bağlı görüntüləri yayıb.

Publika.az xəbər verir ki, videonu İDF mətbuat xidməti yayıb.

“İsrail Müdafiə Qüvvələri bildirir ki, 2024-cü il iyulun 13-də İDF döyüş təyyarələri Xan Yunis bölgəsinə zərbələr endirib. Vəziyyətin kəşfiyyat tərəfindən qiymətləndirilməsindən sonra Məhəmməd Deyfin hava hücumu nəticəsində öldürüldüyü təsdiqlənib”, - deyə məlumatda bildirilir.

İyulun 31-də o da məlum olub ki, İDF HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni raket zərbəsi ilə öldürüb. Lakin İsrail ordusunun nümayəndələri bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürməkdən imtina ediblər. “Təl-Əviv baş verənlərə görə məsuliyyət daşımır”, - deyə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm