İsrail bu ölkənin ərazisindən kütləvi hücuma məruz qaldı
Bizi izləyin

Yaxın Şərq

İsrail bu ölkənin ərazisindən kütləvi hücuma məruz qaldı

İsrail Müdafiə Qüvvələri (IDF) ölkənin şimal bölgələrini Livan ərazisindən atəşə tutduğunu qeyd edib. Məlumata görə, 50-yə yaxın mərmi atılıb.

Publika.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Yuxarı Qalileydə saat 05:35-də (Bakı vaxtı ilə 06:35 - red.) sirenalar səsləndikdən sonra Livandan atılan 30-a yaxın mərmi aşkar edilib", - məlumatda deyilir.

İDF əlavə edib ki, hava hücumundan müdafiə sistemi mərmilərin bir neçəsini zərərsizləşdirib, qalanları isə açıq ərazilərə düşüb. Xəsarət alanlar barədə məlumat verilməyib.

Gecə saatlarında Kiryat Şmona şəhəri ərazisində sirenalar səsləndikdən sonra Livandan daha 20 mərmi atılıb. Mərmilərin əksəriyyəti zərərsizləşdirilib və itkilər barədə məlumat verilməyib.

Sentyabrın 4-də İsrail hərbçiləri Livan ərazisindən ölkənin şimal bölgələrinə 65-ə yaxın mərmi atdığını qeydə alıb. İsrailin şimalında hava hücumu sirenləri səslənib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm