İsrail bu ölkəni bütün dünyanın ən böyük düşməni ELAN ETDİ
Bizi izləyin

Yaxın Şərq

İsrail bu ölkəni bütün dünyanın ən böyük düşməni ELAN ETDİ

"G7 ölkələri İrana təzyiqi artırmalıdır".

Publika.az xəbər verir ki, İsrailin xarici işlər naziri İsrael Katz "X" hesabında G7 ölkələrinin xarici işlər nazirlərinin Tehranı Moskvaya hərbi yardım göstərdiyinə görə qınadıqları birgə bəyanata belə reaksiya verib.

“G7-nin xarici işlər nazirləri mənim keçmişdə açıqladığım şeyi indi deyirlər: İran təkcə İsrailin deyil, təkcə Yaxın Şərqin deyil, Avropanın və bütün dünyanın ən böyük düşmənidir. Tehranda İranın həqiqi lideri Ayətullah Əli Xameneinin köhnə siyasətini - islam inqilabını ixrac etmək, raketləri, terrorizmi və zorakılığı bütün dünyaya yaymaq kimi çoxdankı və çirkin siyasətini davam etdirməkdədirlər", – Katz yazıb.

O əlavə edib ki, belə bir şəraitdə Yaponiya, Kanada və İtaliya İrana qarşı sanksiyaları gücləndirmək qərarına gələn G7 dövlətlərinin qalan hissəsinə qoşulmalıdır. Katz vurğulayıb ki, İsrail digər dövlətlər tərəfindən Tehrana qarşı məhdudlaşdırıcı tədbirlərin artırılmasının tərəfdarıdır.

“İranın təcavüzünün ilk hədəfi İsraildir, lakin bu təhlükə təkcə İsrailə deyil, bütün dünyaya yönəlib. Dünya çox gec olmadan İranı dayandırmaq üçün birləşməlidir”, - deyə israilli nazir yekunlaşdırıb.

Xatırladaq ki, İran bundan əvvəl İsraili ağrılı cavab zərbəsi ilə hədələmişdi.

İranın Moskvaya hərbi yardım göstərməsinə gəlincə, hər iki tərəf ardıcıl olaraq bu cür ehtimalları təkzib edir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm