İsrail girovluqda olan vətəndaşlarını öldürdü
Bizi izləyin

Yaxın Şərq

İsrail girovluqda olan vətəndaşlarını öldürdü

Həmas tərəfindən əsir götürülən və 2023-cü ilin dekabrında Qəzza zolağında cəsədləri tapılan girovlar Nik Beiser, Ron Şerman və Elia Toledano İsrail Müdafiə Qüvvələrinin (İDF) hücumu nəticəsində həlak olublar.

Publika.az xəbər verir ki, bu barədə "Kanal 12" məlumat yayıb.

Mənbənin məlumatına görə, noyabrın 24-də İsrail Müdafiə Qüvvələri hücum həyata keçirib, nəticədə Həmasın yüksək rütbəli komandiri, Şimali Qəzza briqadasının rəhbəri Əhməd Andor öldürülüb.

Lakin ordu həmin an yaraqlının yanında israilli girovların olduğunu bilməyib. Nəticədə onlar da ölüblər.

2024-cü ilin yanvarında girovların İsrailin hücumu nəticəsində ölmüş ola biləcəyinə dair məlumatlar yayılmağa başlayıb. İsrail Müdafiə Nazirliyi bunu rəsmən təsdiqləməyib və bildirib ki, onların ölüm səbəbini dəqiq müəyyən etmək mümkün deyil.

2024-cü ilin may ayında əlavə məhkəmə-tibbi ekspertizalarının nəticələri qəbul edilib. Onlardan belə çıxır ki, İsrail Müdafiə Qüvvələrinin hücumu nəticəsində üç girov həlak olub.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm