İsrail "Hizbullah"a tammiqyaslı müharibə elan edəcək - Sensasion iddia
Bizi izləyin

Yaxın Şərq

İsrail "Hizbullah"a tammiqyaslı müharibə elan edəcək - Sensasion iddia

İsrail tezliklə Livanın İslamçı "Hizbullah" qrupu ilə genişmiqyaslı müharibəyə başlaya bilər.

Publika.az xəbər verir ki, bu barədə “Jerusalem Post” (JP) qəzeti İsrail ordusu və hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

"Mənbələr bildiriblər ki, 4-6 həftədən çox keçərsə, 2025-ci ilin yazına qədər bunu etmək qeyri-mümkün olacaq və ya əhəmiyyətli dərəcədə çətinləşəcək" deyə məlumatda qeyd olunub.

Nəşrin həmsöhbətləri etiraf ediblər ki, müharibə qışdan əvvəl başlaya bilər, çünki soyuq mövsümdə hücum əməliyyatları aparmaq çətin ola bilər.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm