İsrail ordusundan GÖRÜNMƏMİŞ ƏMƏLİYYAT: bu ölkəyə intensiv zərbələr endirilir
Bizi izləyin

Yaxın Şərq

İsrail ordusundan GÖRÜNMƏMİŞ ƏMƏLİYYAT: bu ölkəyə intensiv zərbələr endirilir

İsrail aviasiyası Livanın cənubundakı bir neçə yaşayış məntəqəsinə eyni vaxtda zərbələr endirməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Livanın səhra mənbələrinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, intensiv zərbələr radikal şiə təşkilatı "Hizbullah"ın rəhbəri Həsən Nəsrullahın çıxışına başlaması ilə başlayıb.

İsrail Müdafiə Qüvvələri də qrupu imkanlardan məhrum etmək üçün Livanın cənubundakı "Hizbullah" hədəflərinə bir sıra hava zərbələri endirib.

Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda "Hizbullah"a məxsus minlərlə peycer və radiostansiya partladılıb.

Onların əvvəlcədən partlayıcılarla doldurulduğu iddia edilir. Ehtimal edilir ki, İsrail kəşfiyyat xidmətləri həmçinin uzaqdan idarə olunan detonatorları işə salıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm