İqtisadi gündəm
Bu iki ölkədən gələn xəbər şəkəri ucuzlaşdırdı
Hindistan və Tailandda əlverişli məhsul proqnozları səbəbindən qlobal şəkər qiymətləri azalmağa başlayıb.
Publika.az xəbər verir ki, şəkər qamışının yeni kənd təsərrüfatı mövsümü oktyabr ayında - məhsul yığımı və yenisinin əkilməsi zamanı başlayır. Sentyabrın ortalarından etibarən ICE Qitələrarası Birjasında şəkərin qiymətləri dünyanın ən böyük şəkər istehsalçısı olan Braziliyada məhsul üzrə zəif proqnozlar fonunda yüksəlmişdi. Ölkənin əsas qamış yetişdirən cənub-şərqində baş verən quraqlıq və yanğınlar qıtlıq qorxusunu artıraraq qiymətləri bir ton üçün 420 dollardan 500 dollara yüksəldib.
Eyni zamanda Hindistanda leysan yağışlar yağır ki, bu da yüksək məhsul üçün ilkin şərait yaradır. Tailandda məhsulun təxminən 20% artacağı gözlənilir. Bu iki ölkə şəkər istehsalına görə dünyada ikinci və üçüncü yerləri tutur. Bu ölkələrdən gələn xəbərlər fonunda qiymət düşməyə başlayıb.
USDA-nın proqnozlarına görə, 2024/25 mövsümündə şəkər istehsalının 1,4% artaraq təxminən 186 milyon tona çatacağı proqnozlaşdırılır. Eyni zamanda, istehlak 1%-dən az artaraq 179 milyon tona çatacaq.
Tural
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
















.jpg)




















