İran İsrailə zərbələr endirir - YENİLƏNDİ - VİDEO
Bizi izləyin

Yaxın Şərq

İran İsrailə zərbələr endirir - YENİLƏNDİ - VİDEO

Xəbər verdiyimiz kimi, İran İsraili raket atəşinə tutub.

Publika.az xəbər verir ki, indiyədək hava hücumları nəticəsində 4 nəfərin həlak olduğu bildirilir.

Bundan əvvəl İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari bildirib ki, ölkəsi həm müdafiə, həm də hücuma hazırdır.

***

20:00

İsrail Müdafiə Qüvvələri (IDF) İranın yəhudi dövləti istiqamətində raketlər atdığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə İsrail ordusunun Telegram kanalında məlumat verilib.

Hesabatda deyilir: “Bir müddət əvvəl İrandan İsrail dövlətinə raketlər atılıb. İDF ölkə vətəndaşlarını ayıq-sayıq olmağa və göstərişlərə əməl etməyə çağırıb. İsrail ordusu yəhudi dövlətinin “mülki əhalisini qorumaq üçün lazım olan hər şeyi edəcək".

Hazırda İsrail hava hücumundan müdafiə sistemləri İran raketlərini zərərsizləşdirir.

İran İsrailə qarşı kütləvi hücum zamanı yəhudi dövlətinə 400-ə yaxın raket atıb. Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm