Yaxın Şərq
Bu ölkə İsraillə sərhədə hərbi birləşmələr yerləşdirir
Livan BMT sülhməramlıları ilə birlikdə İsraillə sərhəddə iki şəhər və altı qəsəbəyə hərbi birləşmələr yerləşdirməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Hərbçilər Bint Cbeil və Teir Harfa şəhərlərinə, Aytarun, Alma al-Şaab, Majdal Zun, Ed-Duheira, Əl-Kuzah və Əl-Salxani kəndlərinə daxil olublar.
“Hərbi komandanlıq sakinləri hərbi hissələrin yeridilməsi başa çatana qədər bu ərazilərə qayıtmaqdan çəkinməyə çağırır”, - deyə məlumatda bildirilir.
Siyahıda qeyd olunan yaşayış məntəqələrində əvvəllər Livanın "Hizbullah" hərəkatının yeraltı tunelləri və anbarlarını ləğv edən İsrail Müdafiə Qüvvələrinin bölmələri olub .
Noyabrın 26-da İsrail Livanla atəşkəs sazişi imzalayıb. Müqavilələr İsrail qoşunlarının 60 gün ərzində Livan ərazisindən çıxarılmasını nəzərdə tuturdu. Eyni zamanda, ölkənin cənubunda "Hizbullah"ın infrastrukturu bərpa olunmayacaq.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir razılaşmanı “tarixi səhv” adlandırıb. O vurğulayıb ki, Livanı tərk etmək üçün İsrailə öz ərazisinə raket hücumlarının qarşısını alacaq “təhlükəsizlik kəməri” lazımdır.
Hüseyn İbadlı
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı






































