Nəqliyyat
"Made in Azerbaijan" brendinin yaradılmasında yenilik
“Bakı Metropoliteni” QSC-nin strukturuna daxil olan dəmir-beton konstruksiyaları sahəsində yeni istehsalat sahəsi fəaliyyətə başlayıb. Bu, beton şpalların istehsalı sahəsidir.
“Bakı Metropoliteni” QSC-dən Publika.az-a
verilən məlumata görə, Almaniyanın “Vollert” şirkətindən Avropa
standartlarına cavab verən yeni avadanlıqlar alınmaqla beton
blokların yerli şəraitdə istehsalı üçün şərait yaradılıb.
Metro yollarında istifadə ediləcək beton bloklar mövcud taxta
şpallardan keyfiyyətinə və uzunömürlüyünə görə çox fərqlənir. Belə
ki, ağac şpalın ömrü 18-25, ən uğurlu istismar şərtləri daxilində
30-35 ildirsə, beton bloklar 80 il xidmət göstərə bilər. Beton
bloklardan istifadə qatarların hərəkəti zamanı titrəmənin və
səs-küyün, fiziki təsirlərin, təkərə əks-zərbələrin qarşısının
alınması, ələlxüsus bunun milli-mədəni, dünyəvi əhəmiyyəti olan
tarixi-memarlıq abidələrinin qorunması (məsələn, «İçərişəhər-Sahil»
mənzili boyunca) üçün əlverişlidir.
Beton blokların yerli şəraitdə istehsalı məhsulun alınması, ölkəyə
gətirilməsi, daşınma xərcləri, yol-gömrük və s. rüsumların ödənməsi
baxımından iki dəfədən də artıq qənaətə səbəb olacaq. Bu, yeni iş
yerləri, yerli mütəxəssislərin hazırlanması, laboratoriya
şəraitində yeniliklərin tətbiqi ilə elmi-praktiki potensialın
inkişafı, həmçinin gələcəkdə «Made in Azerbaijan» brendinin
yaradılması ilə həm də ölkə iqtisadiyyatına xidmət deməkdir. Yeni
istehsal olunan beton bloklardan ilkin mərhələdə Bənövşəyi xəttin
«Memar Əcəmi» və şərti adı «B-03» olan stansiyalararası yollarında,
həmçinin «Nərimanov» elektrik deposunda sınaq yollarında istifadə
ediləcək.
“Bakı Metropoliteni” QSC-nin yaranmasından ötən qısa müddət
ərzində, ümumilikdə, dəmir-beton konstruksiyaları sahəsində böyük
işlər görülüb. Müəssisədə yeni elektrik yarımstansiyası inşa
edilib. Yarımstansiyada müasir standartlara cavab verən yeni
avadanlıqlar quraşdırılıb və onu qidalandırmaq üçün elektrik
veriliş xətləri çəkilib.
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO