Nəqliyyat
Yol polisi maşında sudurğa keçirən uşağı xilas etdi - - VİDEO
Azərbaycanda yol polisi əməkdaşı avtomobildə ağır vəziyyətdə olan uşağın həyatını xilas edib.
Avtosfer.az xəbər verir ki, mayın 28-də Lənkəran rayonu ərazisində yol hərəkəti qaydasını pozan "Toyota Land Gruiser" markalı, 90 TZ 590 dövlət nömrə nişanlı avtomobisin sürücüsü Fikrət Tağıyev Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşı, polis baş serjantı Hüseynov Mahiyəddin Mürsəl oğlu tərəfindən saxlanılıb. Lakin sürücü maşından düşən kimi avtomobildə xəstə uşaq olduğunu deyərək təcili kömək istədiyi üçün yol polisi cərimə yox, kömək edib.
Belə ki, DYP əməkdaşı patrul maşını ilə həmin avtomobilin qarşısına keçərək onu müşayiət edib və tez bir zamanda xəstəxanaya çatdırılmasına yardım göstərib.
Sayta açıqlamasında sürücü Fikrət Tağıyev bildirdi ki, Lənkəranda hərbi xidmətdə olan övladına baş çəkməyə gedərkən yolda azyaşlı nəvəsi sudurğa keçirib və dili qatlanıb. Nəfəs alması çətinləşən uşağa heç kim yardım edə bilməyib: "Bu zaman məni yol polisi saxladı. Avtobusu ötərkən qayda pozmuşdum. Maşından düşən kimi polisə dedim ki, nəvəm içəridədir, dili qatlanıb, xəstəxanaya çatdırmaq lazımdır. O da dərhal mənim maşınımın qarşısına keçib öz maşını ilə yolu açdı ki, biz rahat və tez çataq. Dedi, yolu təmizləyəcəm, arxamca sür. Ora çatandan sonra uşağa bir saata yaxın tibbi müayinə göstərildi, özünə gəldi. Amma yol polisi yenə də bizi tək qoymadı. Uşaq çıxandan sonra da onunla maraqlandı, sonra sürüb getdi. Allah ondan razı olsun. Çox köməyi dəydi bizə. Həyatımda ilk dəfə idi ki, belə bir hadisə ilə qarşılaşırdım. Yol polisi rəhbərliyinə də minnətdaram ki, belə gözəl, qayğıkeş əməkdaşlar var. Allah ona və ailəsinə can sağlığı versin, mənim nəvəmi həmin yol polisi həyata qaytardı".
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev avtosfer.az-a bildirib ki, bu məsələ tam araşdırılıb və inspektorun xeyirxah iş gördüyü üzə çıxıb. Buna görə də, DYP rəhbərliyi Mahiyəddin Hüseynovu mükafatlandıracaq.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi