Bu avtobuslara minməyin - BNA-dan sərnişinlərə MÜRACİƏT - FOTO
Bizi izləyin

Nəqliyyat

Bu avtobuslara minməyin - BNA-dan sərnişinlərə MÜRACİƏT - FOTO

Müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılardan, eyni zamanda sərnişinlərdən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən “Azadlıq” metrostansiyası istiqamətinə bir neçə nəqliyyat vasitələrinin qanunsuz sərnişindaşıma fəaliyyəti göstərməsi barədə Bakı Nəqliyyat Agentliyinə daxil olan şikayətlər əsasənda araşdırma aparılıb.

Agentlikdən Publika.az-a verilən məlumata görə, Elzamin İsmayılzadə adlı şəxs dövlət qeydiyyat nömrə nişanı 10 ME 228 olan “Mersedes” markalı sərnişindaşımaya yararsız olan mikroavtobusla qeyri-qanuni sərnişindaşıma faəliyyəti göstərir. Belə ki, adıçəkilən şəxs qanunsuz sərnişindaşıma fəaliyyəti göstərərkən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olaraq müntəzəm marşrutların dayanacaq yerini zəbt edir.
Bakı Nəqliyyat Agentliyində aparılan söhbət zamanı sürücü Elzamin İsmayılzadə müvafiq sənədlərinin olmamasını və qanunsuz sərnişindaşıma fəaliyyəti göstərməsini etiraf edib. Bakı Nəqliyyat Agentliyi tərəfindən həmin sürücü barəsində qanunamüvafiq tədbirin görülməsi üçün zəruri məlumatlar aidiyyəti dövlət qurumlarına göndərilib.
BNA-dan bildirilib ki, görülən bütün zəruri tədbirlərə baxmayaraq, hələ də bəzi şəxslər tərəfindən yararsız vəziyyətdə olan miktoavtobuslarla qanunsuz sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi halları mövcuddur. Bu kimi mikroavtobuslar sərnişinlərin həyatı üçün ciddi təhlükə mənbəyidir. Məhz mikroavtobusların iştirakı ilə baş verən yol nəqliyyat hadisələri olduqca ağır nəticələrə səbəb olub. Qeyd edilənləri nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi sərnişinlərdən xahiş edir ki, bu kimi nəqliyyat vasitələrindən istifadə etməsinlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm