Nəqliyyat
Metroda konsert olacaq
“Bakı Metropoliteni" QSC-nin bəzi stansiyalarında konsert proqramı təşkil ediləcək.
QSC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, konsert proqramı metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub. Proqramda milli və klassik musiqi nümunələri səsləndiriləcək.
Konsert proqramının afişasını sərnişinlərin nəzərinə çatdırırıq:
- “İçərişəhər” stansiyası – saat 12:00-13:30;
- “28 May” stansiyası – saat 13:00-14:30;
- “Elmlər Akademiyası” stansiyası – saat 14:00-15:30;
- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 15:00-16:30.
Qeyd edək ki, sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün respublikamızda Milli Musiqi Günü kimi qeyd edilir. Bu münasibətlə stansiyalarda musiqili proqram təşkil etmək artıq ənənə halını alıb.
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı