Masallı-Yardımlı yolunda hərəkət çətinləşdi - FOTO
Bizi izləyin

Nəqliyyat

Masallı-Yardımlı yolunda hərəkət çətinləşdi - FOTO

Ötən gün axşam saatlarında intensiv yağıntılar nəticəsində Masallı rayonunda dağ yamaclarında sürüşmə baş verib.

“Azəravtoyol”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Publika.az-a verdiyi məlumata görə, baş vermiş sürüşmə nəticəsində axan torpaq və bitki qatı Masallı-Yardımlı avtomobil yolunun 17, 19, 21, 24 və 29-cu km-lərində yolun hərəkət hissəsinə tökülüb. Nəticədə yolda hərəkətdə müəyyən çətinliklər yaranıb.

Əraziyə dərhal "Azəravtoyol" ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub.

Qısa müddət ərzində yol torpaq və bitki qatından təmizlənərək avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm