Sürücülərə ŞAD XƏBƏR - Bu qayda pozuntusu daha məsuliyyət yaratmayacaq
Bizi izləyin

Nəqliyyat

Sürücülərə ŞAD XƏBƏR - Bu qayda pozuntusu daha məsuliyyət yaratmayacaq

Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə cəza nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılır.

Bununla bağlı İnzibati Xətalar Məclləsinə dəyişiklik təklif olunur.

Belə ki, məcəllədən 342.1.2 maddəsi çıxarılır.

Bu maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir.

Layihəyə əsasən, təcrübədə bu maddə tətbiq olunmadığından qanunvericilikdən çıxarılır.

Layihə noyabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm