Nəqliyyat
“Qarabağ” -“Çelsi” matçına gedən azarkeşlərə ŞAD XƏBƏR: Pulsuz avtobuslar olacaq
Noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ"-"Çelsi" oyununa gələn tamaşaçılar qarşılaşma bitdikdən sonra ekspress xətt avtobusları ilə geri qayıda biləcək.
Publika.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi matç günü azarkeşlərin vaxtında və rahat daşınması üçün 3 ekspress xətt üzrə ümumilikdə 400-dən artıq avtobus ayırıb.
Ekspress xətt avtobusları Bakı Olimpiya Stadionun ərazisindən 3 istiqamətdə: metronun "Qara Qarayev", "20 Yanvar" və "28 May" stansiyaları istiqamətində hərəkət edəcək.
Bu avtobuslardan istifadə edəcək tamaşaçılar oyundan sonra stadionun şimal çıxışı istiqamətində (Böyük Şor gölünə doğru olan körpü) hərəkət etməlidirlər.
Stadionun şimal çıxışından sol istiqamətdə metronun "Qara Qarayev", sağ istiqamətdə "28 May", üzbəüz yolda isə "20 yanvar" stansiyasına gedəcək avtobuslar sərnişinlərə xidmət göstərəcək.
Bakı Olimpiya Stadionuna şəxsi avtomobili ilə gələn tamaşaçılar isə nəqliyyat vasitələrini İctimai Nəqliyyat Terminalında park etməlidirlər.
Oyun günü "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi də fəaliyyətini davam etdirəcək.
Zümrüd
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı