Nəqliyyat
Bu prospektdə hərəkət məhdudlaşdırılır
Babək prospektində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkət qısa müddətlik məhdudlaşdırılır.
Avtomobil Yolları Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, məhdudiyyət prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqaməti üzrə təqribən 1 km-lik hissədə tətbiq ediləcək. Həmin istiqamət üzrə hərəkət edən avtonəqliyyat vasitələri müvəqqəti olaraq əks istiqamətə yönəldilir.
“Beləliklə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunur. Bu məqsədlə Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədə yerləşən körpüdən enən kimi, avtonəqliyyat vasitələrinin əks istiqamətə çıxaraq hərəkətlərinə davam etməsi üçün yol ayrıcında xüsusi keçid hissə açılıb.
Sürücülərdən sözügedən hissədə diqqətli olmaları xahiş olunur və imkan daxilində sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur”-deyə,Agentliyin məlumatında qeyd olunur.
-
Dünya18:06
ABŞ Yaxın Şərqə bombardmançı təyyarələr yerləşdirdi
-
Hadisə17:13
Bakıda iaşə obyektində yanğın oldu
-
İqtisadi gündəm15:37
3 milyon azərbaycanlı borc içindədir: Bankların inanılmaz fırıldağı
-
Sosial15:12
Bakının bəzi ərazilərində fərdi evlər söküləcək: Yerində isə... - VİDEO
-
Elm və təhsil14:48
Azərbaycanda tələbələrə şad xəbər!
-
Dünya13:38
Bu müharibə iki nəhəng dövləti çökdürəcək - Qorxunc proqnoz
-
Sosial13:04
Naxçıvana yeni icra başçısı təyin edildi
-
Sosial12:42
Nazir İlahə Fərəcovanı direktor təyin etdi