Nəqliyyat
"BakuBus"da sərnişinlərin həyatını təhlükəyə atanlar - VİDEO
“BakuBus” MMC yanvar ayı ərzində avtobusun təhlükəsiz hərəkətinə maneə yaradan və bununla avtobusdakı sərnişinin həyatını təhlükə qarşısına atan yol hərəkəti iştirakçılarının ciddi qayda pozuntuları əks olunduğu videogörüntüləri yayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin Publika.az-a verdiyi məlumatda bildirilib ki, videogörüntülərdən avtobusu idarə edən sürücülərin sayıqlığı nəticəsində baş verə biləcək real yol hərəkəti qəzasının qarşısı alındığı və sərnişinlər arasında xəsarət alan olmayıb.
“Ancaq bununla belə salonda olan onlarla sərnişinin həyatı təhlükə qarşısında qalmış və ictimai nəqliyyatın təhlükəsiz həəkətinə ciddi şəkildə maneə yaranıb. Birinci hadisə bu il yanvarın 23-də saat 14:19 radələrində 1 saylı marşrut xətti üzrə üzü 28 May m/s istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99JX-231 dövlət qeydiyyat nişanlı avtobusun Qara Qarayev m/s dayanacağına yaxınlaşarkən baş verib.
İkinci hadisə yanvarın 26-da saat 16:39 radələrində 6 saylı marşrut xətti üzrə üzü Azadlıq m/s istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99JH-096 dövlət qeydiyyat nişanlı avtobus Elmlər Akademiyası m/s yaxınlığında olarkən baş verib.
Üçüncü hadisə isə yanvarın 28-də saat 09:45 radələrində 17 saylı marşrut xətti üzrə üzü İnşaatçılar m/s istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99JX-195 dövlət qeydiyyat nişanlı avtobusun 2 saylı Tibb Kollecinə yaxınlaşarkən baş verib”.
M.Piriyev bildirib ki, “BakuBus” olaraq günün 24 saatı öz sərnişinlərimizlə ünsiyyətdə olmaqla onların şikayətlərini və müraciətlərini qəbul edir, göstərilən xidmətin kefiyyəti ölçülür:
“Bu bizə həm nöqsanlarımızı vaxtında aradan qaldırmaq həm də kefiyyətli sərnişindaşıma xidmətinin göstərilməsü üçün maneə yaradan amilləri öyrənmək imkanı verir. Yol hərəkəti qaydalarını pozaraq avtobusun təhlükəsiz fəaliyyətinə maneə yaradan sürücülərlə yanaşı, ödəniş etmədən orta və arxa qapılardan minən, 5 yaşdan yuxarı uşaqlar üçün ödəniş etməyən, sürücü dəfələrlə müracət etsə belə avtobusa minəndən sonra arxaya doğru irəliləmək istəməyən, ön qapıdan düşmək istəyən, salonu məişət tullantıları ilə zibilləyən, tıxac zamanı icazə verilməyən (yolun ortasında ) yerdə düşmək istəyən, sürücünü təhqir edən, qapıların önündə dayanıb digər sərnişinlərin hərəkətinə mane yaradan, düşməli olduqları dayanacağı düşməyib keçdikdən sonra sürücüdən qapıları yenidən açmasını tələb edən və eyni zamanda digər sərnişinlər üçün də narahatçılığa səbəb olan sərnişinlərimiz var”.
-
Rəsmi xronika11:08
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı - Yeniləndi
-
Region10:30
Rusiya Əliyevlə Paşinyanın məşhur fotosu ilə bağlı bu addımı atdı - FOTO
-
MDB09:12
Putin qubernatorun kostyumu ilə niyə maraqlanıb?
-
Nəqliyyat08:46
Bu yollarda tıxac var - SİYAHI
-
Dünya08:34
İranda bu da oldu: 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə İCAZƏ VERİLDİ
-
Maraq dünyası07:35
Əfsanəvi qala ilə bağlı maraqlı faktlar: Bayıl qəsrinin sirri - VİDEO
-
Dünya01:55
Ukrayna Rusiyanın 400 "Şahed" PUA-sını saxladığı bazaya hücum etdi
-
Hadisə01:35
Qəzada ölən polis zabitinin FOTOSU