Nəqliyyat
"Bakı Metropoliteni" Rusiyadan iki metro qatarı alır
Rusiyanın "Metrovaqonmaş" şirkəti Azərbaycana "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarı satacaq.
Bu barədə "Metrovaqonmaş" şirkətinin tərkibinə daxil olduğu "Transmaşxoldinq" məlumat yayıb.
Vaqonların istismar müddəti 31 ildir. İlk qatarın Bakıya bu ilin martında çatdırılması planlaşdırılıb. Müqavilə üzrə ikinci qatar da 2018-ci ildə Bakıya çatdırılmalıdır.
Qeyd edək ki, "Metrovaqonmaş" şirkəti 1967-ci ildən "Bakı Metropoliteni" QSC-ni vaqonlarla təmin edir. Hazırda "Bakı Metropoliteni"ndə bu şirkətin istehsalı olan 280 vaqon var. Sonuncu dəfə Bakıya "81-760.B/761.B/763.B" modelində hər birində 5 vaqon olmaqla, 3 qatar gətirilib. (apa)
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO