BNA sərnişinlərə XƏBƏRDARLIQ ETDİ
Bizi izləyin

Nəqliyyat

BNA sərnişinlərə XƏBƏRDARLIQ ETDİ

Bakı Nəqliyyat Agentliyi avtobus gözləyən sərnişinlərə xəbərdarlıq edib.

Agentlikdən Publika.az-a verilən məlumatda bildirilir ki, sərnişinlərə avtobus gözləyərkən dayanacaq məntəqələrindən yolun hərəkət hissəsinə çıxmamaqla bağlı xəbərdarlıq edilib.

“Bu, həm həyatınız üçün təhlükəlidir, həm də digər avtonəqliyyat vasitələri ilə yanaşı, marşrut avtobuslarının da hərəkətinə maneə yaradaraq sıxlığa səbəb olur”.

Qeyd edək ki, hazırda “Bakı Metropoliteni”nin elektrik verilişində yaranan problemlə əlaqədar olaraq fəaliyyətini məhdudlaşdırılıb. Bu da ictimai nəqliyyatda sıxlığa səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm