Beynəlxalq daşımalarda istifadə edilən avtobuslar tələblərə cavab vermir
Bizi izləyin

Nəqliyyat

Beynəlxalq daşımalarda istifadə edilən avtobuslar tələblərə cavab vermir

“Beynəlxalq daşımalarda iştirak edən milli avtomobil daşıyıcılarının ölkəmizin geniş nəqliyyat-logistika imkanlarından aktiv istifadə etmək imkanları qənaətbəxş səviyyədə deyil”.

Bu barədə Publika.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, milli daşıyıcılar tərəfindən beynəlxalq daşımalarda təxminən 2000 avtonəqliyyat vasitəsi istismar olunur ki, bunun da yalnız 1239-u müasir tələblərə cavab verir.

“Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə də qeyd edilir ki, ixrac bazarlarına yük daşımalarının həyata keçirilməsi üçün ixtisaslaşmış yerli avtonəqliyyat parkı zəifdir, ixracatçılar xarici ölkələrin avtonəqliyyat parkından asılıdırlar və bu da daşımanın stabil və əlverişli şərtlərlə həyata keçirilməsində problemlər yaradır. Bu baxımdan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bu sahədəki boşluqların aradan qaldırılması üçün avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində orta yaş həddinin 10 ilə qədər endirilməsi məqsədilə hazırlanan və beynəlxalq avtomobil daşımaları həyata keçirən milli daşıyıcıların mənafelərinin qorunmasını nəzərdə tutan "Milli daşıyıcılara dövlət dəstəyi"nə dair Təkliflər Paketi hazırlanıb. Təkliflər Paketində qeyd edilən bəndlər üzrə razılıq əldə olunduqdan sonra, 2019-cu ilin yanvar ayından mərhələli şəkildə icrasına başlanacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm