Bu yollarda təhlükəsizlik sədləri təmir edilir
Bizi izləyin

Nəqliyyat

Bu yollarda təhlükəsizlik sədləri təmir edilir

Azərbaycanın iri avtomobil yollarında təhlükəsizlik sədləri təmir edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 10-132 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 14-120 km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm