İki nəfər özünü avtobusun qabağına atdı - ANBAAN VİDEO
Bizi izləyin

Nəqliyyat

İki nəfər özünü avtobusun qabağına atdı - ANBAAN VİDEO

“BakuBus” MMC-yə məxsus avtobusun yoluna iki nəfərin çıxması nəticəsində təhlükəli vəziyyət yaranıb.

MMC-dən Publika.az-a verilən məlumata görə, hadisə iyulun 25-i saat 06:16-da 21 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus “28 May” metrostansiyasının qarşısından “Əhmədli” metrostansiyası istiqamətində hərəkət edərkən Nobel prospektində qeydə alınıb.

Yola çıxan iki nəfər avtobusun saxlanılmasını istəyib. Bu zaman avtobus üçün qəza şəraiti yaradan həmin şəxslər öz həyatlarını da təhlükə altında qoyublar. Sürücü qəzadan yayınaraq hərəkəti davam etdirdiyi vaxt isə yola çıxanlardan biri əli ilə avtobusa zərbə endirib.

İki nəfərin yola çıxaraq avtobus üçün qəza şəraiti yaratması digər avtomobillərin hərəkətinə də mane olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm