Rusiyada dəhşətli qəzaya düşən Azərbaycan vətəndaşlarından XƏBƏR VAR - - YENİLƏNDİ
Bizi izləyin

Nəqliyyat

Rusiyada dəhşətli qəzaya düşən Azərbaycan vətəndaşlarından XƏBƏR VAR - - YENİLƏNDİ

Rusiyanın Stavropol diyarında qəzaya düşən Azərbaycan vətəndaşlarının həyatları üçün təhlükə yoxdur.

Bunu Səhiyyə Nazirliyinin diyar üzrə nümayəndəsi deyib.

"Hal-hazırda xəstəxanada üç böyük və bir uşaq var. Onların müxtəlif sınıqları var, əməliyyata ehtiyac yoxdur, həyatları üçün bir təhlükə dəyoxdur", - deyə nümayəndə bildirib.

Qeyd edək ki, bu gün Stavropolda 13 Azərbaycan vətəndaşını daşıyan mikroavtobus qəzaya uğrayıb.

***

Rusiyada Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır.

Onların arasında 2 yaşlı uşaq da var.

Qeyd olunur ki, daha 10 nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib, onlara lazımi yarım göstərilir. Yaralananlar Bakı sakinləridir.

Stavropol diyarının yol polisinin verdiyi məlumata görə, mikroavtobus sürücüsnün idarəetməni itirməsi nəticəsində aşıb.

*****

14:04

Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb, yaralanan var.

Mikroavtobusda 13 sərnişin olub, onlardan 6-sı xəsarət alıb.

Qeyd olunur ki, Azərbaycandan Moskvaya yollanan “Mercedes” markalı mikroavtobus Levokumsk kəndi yaxınlığında aşıb. Xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.(Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm