Bakıda avtobus sürücüsündən təcili yardım maşınına qarşı İYRƏNC HƏRƏKƏT
Bizi izləyin

Nəqliyyat

Bakıda avtobus sürücüsündən təcili yardım maşınına qarşı İYRƏNC HƏRƏKƏT

Sosial şəbəkələrdə Bakıda marşrut avtobusunun ağır vəziyyətdə olan şəxsə kömək etməyə çalışan təcili tibbi yardım maşınının qarşısını kəsməsini əks etdirən görüntülər yayılıb.

Publika.az xəbər verir ki, metronun “Əhmədli” stansiyası yaxınlığında – Xətai rayonu ərazisində çəkilmiş görüntüdən məlum olur ki, avtobus yolun hərəkət hissəsində dayanaraq təcili tibbi yardım avtomobilinin keçməsinə maneə yaradır. Təcili yardım maşını sayrışaq işıq siqnalları və səsli siqnallardan istifadə etsə də, avtobus sürücüsü nəqliyyat vasitəsini bir müddət yerindən tərpətmir. Təcili tibbi yardım maşını sürücüsünün düşərək avtobusu idarə edən şəxsi xəbərdar etməsindən sonra həmin şəxs ictimai nəqliyyat vasitəsini hərəkətə gətirir.

Həmin hadisəni əks etdirən görüntünü təqdim edirik.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm