• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Metropoliten güclü qara tam hazırdır - RƏSMİ

Metropoliten güclü qara tam hazırdır - RƏSMİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanvar ayının 17-dən 18-nə kimi şiddətli şimal-qərb küləyinin əsəcəyi ilə bağlı xəbərdarlığına uyğun olaraq, yanvarın 16-sı açıq hava şəraitində olan bütün təsərrüfat sahələrində müvafiq tədbirlər görmüş "Bakı Metropoliteni" QSC həmçinin güclü qar və şaxtalı hava şəraitinə tam hazırdır.

Publika.az xəbər verir ki, bu barədə Metropoliten məlumat yayıb.

Məlumatda bildirilir ki, ümumiyyətlə, metroda qatarların hərəkətinin təşkilində, sərnişinlərin rahatlığının təmin edilməsində ən böyük problemləri qış fəsli özünün qarlı-çovğunlu günləri ilə yarada bilir. Ən böyük çətinliklər isə qatarların depodan xəttə verilməsi ilə bağlı olur. Elə buna görə də metropoliten ataların “Qışa yaydan hazırlaş” tövsiyəsinə əməl edir.

Hazırlıq tədbirlərinin əsas hissəsi daha çox yol təsərrüfatına aid olur. Qışın şiddətli, çovğunlu-qarlı günlərində qatarların hərəkəti üçün mane açıq səma altında olan park yollarında yarana bilər. Belə şəraitdə yollara, xüsusən yolayırıcı qurğulara, qarın çökməsinə imkan vermək olmaz. Əks halda bu qurğuların işində nasazlıq qaçılmaz və depodan yeraltı yollara qatar vermək mümkünsüz olar.

Qarla mübarizə qərargahının xidməti, məişət və yuyunma otaqlarının qışa hazırlığını təmin etmək məqsədi ilə lazımi təmir işləri aparılıb, qərargah normaya uyğun materiallarla, avadanlıqlarla və alətlərlə təmin olunub. İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri alınıb.

Ümumən, qışa hazırlıq məqsədilə park yollarında digər profilaktik işlər mütəmadi yerinə yetirilir. Qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq, stansiyalarda da hazırlıq tədbirləri görülüb. Güclü qar yağıntısı zamanı stansiya pilləkənlərindən qarın təmizlənməsi üçün lazım olan alət ehtiyatı hazırlanıb. Pilləkənlərin buzlaşmasına qarşı hər stansiyanın ehtiyatında duz var. Stansiya heyətinin əlverişsiz hava şəraitində, xüsusən qar yağıntısı zamanı fəaliyyəti barədə işçilərə təlimatlar verilib. Onlar belə hava şəraitində stansiya pilləkənlərini nəzarət altında saxlamalı, sərnişinlərin hərəkəti ücün təhlükə yarada biləcək maneələri aradan qaldırmalı, şiddətli qar yağıntısı zamanı qarla mübarizə qərərgahından həmin stansiyaya təhkim olunmuş işçiləri dəvət etməlidirlər.

Metropoliten istənilən hava şəraitində öz iş ahəngini saxlamaq gücündədir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR