Dünyanın ən az dizel yandıran AVTOMOBİLLƏRİ - SİYAHI
Bizi izləyin

Nəqliyyat

Dünyanın ən az dizel yandıran AVTOMOBİLLƏRİ - SİYAHI

Son zamanlarda yanacağın qiymətinin dünya miqyasında bahalaşması avtomobil istifadəçilərini bir sual ətrafında birləşdirib: ən az yanacaq sərf edən avtomobil hansıdır?

Publika.az 2019-cu ildə istehsal edilən və ən az dizel yandıran avtomobillərin siyahısını təqdim edir.

5. Renault Clio 1.5 Dci

Satış qiyməti etibarilə ən normal avtomobillərdən biri olan “Renault Clio”nun 1.5 DCi versiyası ortalama olaraq 4 litr dizel yandırır.

4. Peugeot 208 1.6 Hdi

Ölkəmizdə də üstünlük təşkil edən bu avtomobilin 208 1.6 Blue Hdi modeli sahiblərinin cibini düşünən avtomobillərdəndir. Avtomobilin 2018-ci il versiyası 100 km-də 3,5 litr yanacaq sərf edir. Bakı tıxacı üçün ən əlverişki avtomobillərdən biri sayılır.

3.Ford Focus HB 1.5 TDCi

Yeni “Focus”un HB 1.5 TDCi modeli 100 km-də 3,4 litr yanacaq sərf edir. Həm şıq görünüşü, həm də az yanacaq sərf etmə qabiliyyəti ilə orta təbəqənin rəğbətini qazanıb.

2. Honda Civic 1.6 i-DTEC

Kəskin cizgiləri və idman dizaynı ilə gənclərin üstünlük verdiyi “Civic” yanacaq sərfiyyatında da sahibini məmnun edir. Bu günə qədər benzinlə işləyən motorlar seriyasında uğur qazanan “Honda” bu silsiləni dizellə işləyən motorlarda da davam etdirə bilib. Məsələn, “Civic”in 1.6 i-DTEC modeli 100 km-də 3,4 litr yanacaq sərf edir.

1.Opel Corsa 1.3 CDTi

Gəlib çatdıq siyahının zirvəsinə. Bu pillədə “Opel”in ən kiçik üzvü olan “Corsa” yerləşib. Onun 1.3 CDTi motoru 3,2 litr yanacaq sərfiyyatı ilə ən az dizel yandıran avtomobillər siyahısına başçılıq edir.

Əlbəttə, bu göstəricilər avtomobillərin fabrik dəyərləri əsasında müəyyən edilib. Lakin nəzərə almaq lazımdır ki, ən sadə faktorlar avtomobilin yanacaq sərfiyyatına böyük ölçüdə təsir edə bilir. Məsələn, avtomobilə eyni zamanda minən insan sayı yanacaq sərfiyyatına təsir göstərir. Bundan başqa, yolun vzəiyyəti, hava şəraiti də bu faktorlardan biridir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm