Nəqliyyat
Bakıdan Qəbələyə 3 saata çatmaq mümkün olacaq
Dəmiryolu ilə Bakıdan Qəbələyə 3 saata çatmaq mümkün olacaq.
Report xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
O bildirib ki, Qəbələ istiqamətində olan dəmiryolu təqribən 45-46 km-dir. QSC sədri yolun coğrafi mövqeyinin bir qədər çətin olduğunu deyib:
"Həmin yolda sürüşmələr ola bilər. Belə ki, dəmiryolu məsləhətçi firmaların nəzarəti altında tikilir. Yolun bu ilin sonuna qədər torpaq yatağı bitəcək. Çalışırıq ki, yol və yol yatağını bitirək. Sürət orta hesabla 100 km olsa, 3 saat ərzində Bakıdan Qəbələyə getmək mümkündür".
Xatırladaq ki, C.Qurbanov bir müddət əvvəl gələn ilin yay aylarından sərnişinlərin Bakıdan Qəbələyə sürət qatarı ilə gedə biləcəklərini qeyd etmişdi. O, həmçinin əlavə etmişdi ki, bu istiqamətdə əlavə 11 elektrik qatarı, 3 dizel qatarının alınması vacibdir.
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi