Bu yol sabah açılacaq - FOTO
Bizi izləyin

Nəqliyyat

Bu yol sabah açılacaq - FOTO

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda hərəkətin bərpası nəzərdə tutulub.

Bu barədə Publika.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, ən azı 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün hazırda ərazidə işlər aparılır, yol asfaltlanır.

AAYDA-dan verilən məlumatda bildirilir ki, asfalt-beton örtüyünün döşənməsinin bu gecə yekunlaşdırılması, 31-i səhər saatlarında yolda xətlənmə işlərinin aparılması və yol kənarına dəmir-beton təhlükəsizlik sədlərinin quraşdırılması nəzərdə tutulur: "31 dekabr günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır. Ərazidə gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur. İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm