Azərbaycan dəmir yolunda qatarlar koronavirusla bağlı dezinfeksiya olunur
Bizi izləyin

Nəqliyyat

Azərbaycan dəmir yolunda qatarlar koronavirusla bağlı dezinfeksiya olunur

Dəmir yolunda sanitar-epidemoloji tədbirlər gücləndirilib.

Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin tədbirlər planına əsasən Çində ötən ilin sonunda yeni aşkarlanmış Koronavirus 2019-nCoV virusuna qarşı ölkəmizdə də qabaqlayıcı tədbirlər görülür:

"Dəmir yolu insanların kütləvi istifadə etdiyi nəqliyyat vasitəsi olduğundan burada da müntəzəm sanitar-epidemioloji tədbirlər aparılır. Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən Tədbirlər Proqramı hazırlanıb. Tədbirlər Proqramına əsasən, sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitar-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır".

QSC-dən bildirilib ki, ölkədaxili və beynəlxalq hərəkət edən qatarlarda lazımi tədbirlər görülür:

"Həmçinin sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimə keçib. Sərnişin qatarlarında çalışan briqadalar arasında təlimatlar aparılır. Onlar hər hansı bir xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxslə qarşılaşdıqda necə davranacaqları ilə bağlı maarifləndirilirlər. Yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyena qaydalarının gözlənilməsinin vacibliyi barədə sərnişinlər və dəmiryolçular məlumatlandırılıb. Qatar heyətlərinin tibbi-sanitar biliklərinin artırılması istiqamətində işlər gücləndirilib. Hər hansı xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxs aşkarlanarsa, bu barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq".

Dəmir yolu vağzallarının radio qovşaqları vasitəsilə ümumi gigiyena qaydaları barədə sərnişinlərin məlumatlandırılmasına başlanılacaq. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm