Nəqliyyat
Bakıda avtobusların fəaliyyəti dayandırıla bilər - RƏSMİ
Xüsusi karantin rejimində müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayının 60-70 faiz azalmasına baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, daşıyıcılara avtobuslararası intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı da göstəriş verilib: “Məqsəd ilk növbədə dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərdə, həmçinin, digər vacib xidmət sahələrində çalışan vətəndaşlarımızın ictimai nəqliyyatla daşınmasını təmin etməkdir.
Lakin təəssüflə qeyd edirik ki, bəzi sərnişinlər xüsusi karantin rejimi qaydalarına və tövsiyələrini əməl etməyərək zərurət olmadan belə evdən çıxırlar. Nəticədə, səhər və axşam saatlarında bəzi istiqamətlər üzrə avtobuslarda sərnişin sıxlığı müşahidə olunur. Bu isə qeyd olunduğu kimi fəaliyyəti hər birimiz üçün vacib olan şəxslərin sağlamlığına təhlükə yaradır və yoluxma riskini artır.
Mövcud vəziyyət müntəzəm marşrut xətləri ilə bağlı əlavə məhdudiyyətlərin tətbiq edilməsini zəruri edir. Belə olacağı halda müntəzəm marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırılacaq və sərnişindaşımaları yalnız müəyyən istiqamətlər üzrə hərəkət edən ekspress xətt avtobusları həyata keçiriləcək.
Bir daha vətəndaşlardan xahiş edirik ki, zərurət olmadığı halda evlərini tərk etməsinlər həmçinin, onların sağlamlığı və rahatlığı üçün tətbiq edilən qayda və tövsiyələrə əməl etsinlər".
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək
-
Sosial10 Oktyabr 23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ
-
ABŞ10 Oktyabr 23:24
Məşhur ailənin ən yaşlı üzvü VƏFAT ETDİ - FOTO
-
Magazin110 Oktyabr 23:12
Aygün Kazımovanın bu geyimi görün neçəyədir - FOTO
-
Səhiyyə10 Oktyabr 22:36
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
-
İdman10 Oktyabr 22:24
Azərbaycanda televiziya kanalına o rəhbərlik edəcək - FOTO/TƏYİNAT
-
Avropa10 Oktyabr 21:15
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı belə QƏRAR VERDİ
-
Sosial10 Oktyabr 21:05
Əhmədin müzakirələrə səbəb olan məhkəmə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA