Nəqliyyat
Evdən çıxmaq üçün icazə alan vətəndaşların şəxsi avtomobillərindən İSTİFADƏ QAYDASI
Yaşayış yerini tərk etmək üçün icazə alan vətəndaşların hansı halda şəxsi avtomobillərindən istifadə etməsi müəyyənləşib.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədr müavini Ceyhun Salmanov məlumat verib.
Onun sözlərinə görə, dövlət orqanları, şirkətlər Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sisteminə əməkdaşlarının adını daxil etməklə yanaşı, nəqliyyat vasitələrinin də adını daxil edə bilirlər:
“Təbii ki, nəqliyyat vasitəsinin qeydiyyatı lazımdır. Amma əsas məsələ həmin nəqliyyat vasitəsinin içərisində olan şəxsin də icazəsinin olmasıdır. İcazə alan vətəndaş öz nəqliyyat vasitəsindən istifadə edə bilər. Amma qeydiyyatdan keçən nəqliyyat vasitəsində icazəsi olmayan vətəndaşların daşınması yolverilməzdir. Burada əsas hədəf nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması deyil, vətəndaşlar arasında təmasın minumuma endirilməsidir”. (report)
-
Region10:30
Rusiya Əliyevlə Paşinyanın məşhur fotosu ilə bağlı bu addımı atdı - FOTO
-
Rəsmi xronika09:34
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı
-
MDB09:12
Putin qubernatorun kostyumu ilə niyə maraqlanıb?
-
Nəqliyyat08:46
Bu yollarda tıxac var - SİYAHI
-
Dünya08:34
İranda bu da oldu: 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə İCAZƏ VERİLDİ
-
Maraq dünyası07:35
Əfsanəvi qala ilə bağlı maraqlı faktlar: Bayıl qəsrinin sirri - VİDEO
-
Dünya01:55
Ukrayna Rusiyanın 400 "Şahed" PUA-sını saxladığı bazaya hücum etdi
-
Hadisə01:35
Qəzada ölən polis zabitinin FOTOSU