Nəqliyyat
Azərbaycanda son üç ayda sərnişin daşımaları azalıb
2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyatçılar 440,6 milyon nəfərə və ya 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz az sərnişinə xidmət göstəriblər.
Publika.az-ın məlumatına görə, sərnişinlərin 88,1 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-mart ayları ərzində 1 milyon 77 min sərnişin daşınıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 50,1 faiz artım müşahidə olunub.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 388,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz azalma qeydə alınıb. Sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 3,9 faiz azalıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 8,6 faiz azalaraq 50,9 milyon nəfər olub. Hava nəqliyyatı ilə 437,2 min və ya 8,5 faiz az sərnişin daşınıb.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO