Ekspres avtobusların dayanacaq məntəqələri DƏYİŞDİRİLDİ
Bizi izləyin

Nəqliyyat

Ekspres avtobusların dayanacaq məntəqələri DƏYİŞDİRİLDİ

Ekspres xətlər üzrə avrobusların üçün yeni müvəqqəti dayanacaq məntəqələri müəyyən edilib.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, ekspres xətlər üzrə avtobuslar müntəzəm xətlər üçün müəyyən edilən daimi dayanacaq məntəqələrindən bir qədər aralıda dayanacaq.

Artıq bununla bağlı ərazidə müvafiq işlər görülüb, nişanlar qoyulub. Məqsəd dayanacaq məntəqələrində sərnişinlər arasında sosial məsafənin qorunmasını təmin etməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm