Nəqliyyat
Sürücülər bu qaydadan xəbərsizdir: 3 bal və 60 manat cərimə - VİDEO
Sürücülərin mütəmadi pozduğu qaydalardan biri də yolayrıcının keçilməsi qaydasıdır. Əksər sürücü nizamlanmayan yolayrıcında, xüsusən də üstünlük nişanları olmayan yolayrıcında hansı istiqamətdən gələn nəqliyyat vasitələrinin üstün olduğunu bilmirlər. Üstünlük nişanları olmayan yolayrıcında hərəkət edən bir çox sürücü "yol düzünə gedənindir" prinsipi ilə hərəkət edərək qaydaları kobud şəkildə pozurlar.
Bəs bu cür yolayrıcında hansı istiqamətdən gələn nəqliyyat vasitəsi üstündür?
"Yol Hərəkəti Haqqında" Qanunun 77-ci maddəsinin III hissəsində qeyd olunub ki, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Eyni əhəmiyyətli yolların kəsişməsi o deməkdir ki, yəni həmin kəsişmədə heç bir üstünlük nişanı yoxdur. Belə olan halda yollar eyni əhəmiyyətli olmuş sayılır. Qanunvericilikdə də qeyd olunub ki, bu cür yolayrıclarında sağdan gələn nəqliyyat vasitələri üstünlüyə malikdir. Lakin təəssüf hissi ilə bildiririk ki, sürücülər bu klassik qaydadan xəbərsizdir. Qayda pozduqları halda isə özlərini haqlı saymağa çalışırlar.
Qeyd edək ki, təqdim etdiyimiz videodakı sürücülər bu qaydanı pozduqlarına görə 3 bal 60 manat miqdarında cərimə oluna bilərlər.(Avtosfer)
-
Magazin120:00
Nicat dayısı Yaşar ilə eyni səhnədə... - VİDEO
-
Nida Xəbər 19:00
Bərxudarovun yerinə keçən Vilayət Quliyev kimdir? - DOSYE
-
Dünya17:15
İsraildə avtovağzalda terror aktı: 1 ölü, 11 yaralı
-
MDB16:40
Putin ad gününü necə keçirəcək?
-
Nida Xəbər 15:21
Mais Bərxudarov vəzifəsindən azad edildi
-
Ekologiya14:00
Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ
-
Elm və təhsil13:37
Azərbaycanda fəlsəfə doktoru vəfat etdi - FOTO
-
MDB13:26
Kaş qolu yox, boynu qırılardı... - Medvedev təəssüfləndi