Özünü prokurorluq əməkdaşı kimi təqdim edən şəxs CƏRİMƏLƏNDİ - VİDEO
Bizi izləyin

Nəqliyyat

Özünü prokurorluq əməkdaşı kimi təqdim edən şəxs CƏRİMƏLƏNDİ - VİDEO

İki gün əvvəl paytaxtın Nərimanov rayonu ərazisində əks istiqamətdə avtomobili park edərək qaydaları pozan sürücünün videogörüntüsü yayılıb.

Publika.az xəbər verir ki, videonu təlimçi Arzu Babazadə lentə alıb.

Xanım sürücü bildirib ki, qayda pozan şəxsə irad bildirdikdə o, özünü prokurorluq orqanlarının əməkdaşı kimi təqdim edib. Daha sonra isə iradla razılaşaraq avtomobilə əyləşib.

Görüntülər Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal nəzarətə götürülüb. Sürücü Nurlan Həsənov idarəyə dəvət edilib.

O, "Avtosfer"ə bildirib ki, əməlindən peşimandır və xanım sürücünün iradını qəbul edir.

Sürücü qeyd edib ki, həmin vaxt Rusiya Federasiyanın baş prokuroru Azərbaycanda səfərdə olub və abidənin ziyarəti üçün gül gətirilməsini xahiş ediblər. Tələsdiyi üçün qaydanı pozub.

Yol polisi sürücü barəsində 100 manat və 4 bal cərimə tətbiq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm