Nəqliyyat
“Texpasport”la bağlı YENİLİK - FOTO
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (texpasport) yenilənib. Belə ki, artıq həmin sənəd daha kiçik ölçüyə sahib olmaqla yanaşı, funksionallığı artırılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib ki, artıq bir neçə gündür ki, sürücülərə yeni qeydiyyat şəhadətnaməsi təqdim olunur:
"Müasir standartlara uyğun olaraq nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin görünüşü dəyişib, ölçüləri kiçilib. Şəhadətnamə kiçik ölçülü olduğu üçün sürücünün onu üzərində daşıması daha rahatdır.
Hər iki səthində qoruyucu elementlər var, saxtalaşdırılması qeyri-mümkündür. Əvvəl qeydiyyat şəhadətnamələrində hər hansı bir qeydiyyatın aparılması mümkün idisə, yeni versiyada buna ehtiyac yoxdur".
"Qeydiyyatla bağlı dəyişiklik olursa, yeni şəhadətnamə alınmalıdır. Üzərində elektron daşıyıcı var ki, nəqliyyat vasitəsinə dair bütün məlumatlar burada öz əksini tapır", - deyə N.Piriyev qeyd edib. (oxu.az)
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ