Nəqliyyat
"Bakı Metropoliteni"nin qatarları maşinistsiz idarə olunacaq
Bənövşəyi xəttin tikintisi başa çatandan sonra "Bakı Metropoliteni"nin qatarları maşinistsiz idarə olunacaq.
Bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bu məsələ xəttin təməl prinsiplərindən nəzərdə tutulub. Həmin sistemin təməl baza elementləri tələb olunan səviyyədə quraşdırılır Bənövşəyi xəttin tikintisi başa çatdlqdan sonra bu xəttin öz deposu tam istifadəyə veriləcək və bundan sonra qatarların maşinistsiz idarə edilməsi mümkün olacaq. Qatarlar CBTC-Radiodalğalarla idarəetmə sisteminə qoşulacaq və idarə olunacaq. Hazırda texniki normativ tələblərə uyğun olaraq həmin sistemin cari mərhələdə avadanlıqları quraşdırılıb və mikroprosessorla idarəetmə təmin olunub. Bənövşəyi xəttin 5-ci stansiyası istifadəyə veriləndən sonra bu sistem fəaliyyətə başlayacaq.
Qeyd edək ki, artıq Bənövşəyi xətt üzrə 3 yeni stansiya sərnişinlərin istifadəsinə verilib, 4-cü stansiyanın isə inşaatının ilkin hazırlıq işlərinə başlanılıb".
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO