Nəqliyyat
DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Bunu etmək qanunsuzdur
Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərin arxa şüşələrinə müxtəlif məzmunlu şüarların yazılması ilə bağlı sürücülərə müraciət edib.
İdarədən Publika.az-a verilən açıqlamada qeyd edilir ki, son vaxtlar avtomobil yollarında bəzi sürücülərin digər yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları yaxud fotolar vurma halları müşahidə olunur: “Bu da bəzən etik normalara zidd olmaqla bərabər, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir.
Belə ki, nəqliyyat vasitələrinin arxa şüşələrində əks etdirilən bu cür faktlar avtomobillərin estetik görünüşünə xələl gətirməklə, insanlar arasında pis fikirlər formalaşdırmaqla yanaşı, hərəkətdə olan avtomobil sürücülərinin istər-istəməz marağını kəsb edir, fotolara baxmağa, yazılanları oxumağa çalışırlar ki, bu səbəbdən diqqətləri yoldan yayınır və nəticədə qarşıdakı nəqliyyat vasitəsinə, piyadaya və ya hər hansı maneəyə toxunaraq qəza törədirlər.
Baş Dövlət Yol Polisi İdarəsi bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildirilir ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcək”.
-
İKT20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama















.webp)


.webp)

















.jpg)

