Sürücülərin NƏZƏRİNƏ: bu yollarda sıxlıq var
Bizi izləyin

Nəqliyyat

Sürücülərin NƏZƏRİNƏ: bu yollarda sıxlıq var

Bakı Nəqliyyat Agentliyi səhər saatlarında sıxlıq olan yolların siyahısını açıqlayıb.

Agentlikdə Publika.az-a verilən məlumatda bildirilir ki, hazırda paytaxtın Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol-hər iki istiqamətdə, Rəşid Behbudov küçəsi – Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər sıxlıq var.

Həmçinin Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində, Babək prospekti – Yusif Səfərov küçəsi istiqamətində, Mikayıl Hüseynov prospekti – Azneft dairəsi istiqamətində, Heydər Əliyev prospekti – orta və kənar yol Atletlər kəndinin qarşısı mərkəz istiqamətində və Koroğlu Rəhimov küçəsi – Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm