Nəqliyyat
Polis əməliyyat keçirdi - Saxlanılanlar var

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı rayon sakinləri- Samir Məmmədov, Rəşad Abdullayev, Azər Mahmudov, Qurbani Allahverdi, Elçin Hacıyev və Şöhrət Xudiyev narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan heroin, Samir Məmmədov və Elçin Hacıyevdən isə əlavə olaraq metamfetamin də aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılanların əksəriyyətinin əvvəllər də analoji, eləcə də, digər cinayət əməllərinə görə məhkum edildikləri məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

-
Maraq dünyası13:00
Dünyanın ən ucuz və ən bahalı şəhərləri hansılardır?
-
Elm və təhsil12:25
Bu məktəb distant tədrisə keçdi
-
Magazin111:50
Həmkarından polisə şikayət edən aparıcı işdən çıxarıldı
-
Tarix11:35
ABŞ-ın yaxın tarixinin ən mübahisəli siması: "Kipr qəssabı" Türkiyənin dostu idi, yoxsa...
-
Sosial10:55
“Vosmoy” bazarı bu əraziyə köçürülür
-
İdman10:50
Futbolçuların varlı xanımları: Siyahıda kimlər var? - FOTOLAR
-
Sosial10:20
"Vosmoy" bazarı bağlanır? - RƏSMİ AÇIQLAMA
-
Magazin110:05
Anar Vəziroğlunun Tünzalə haqda səsləndirdiyi fikirlər QALMAQAL yaratdı - VİDEO